RU

Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirib

Rusiya və Suriyanın qırıcıları Hələb və ətrafında “Həyat Təhrir əş-Şam” üsyançı qrupunun mövqelərinə hücum edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Rusiya hərbçiləri Hələb və İdlib vilayətlərində döyüşçülərə zərbələr endirdiklərini təsdiqləyiblər.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Rusiya növbəti 72 saat ərzində əlavə yardım göndərməklə Dəməşqə hərbi dəstəyini gücləndirəcəyinə söz verib.

Qeyd edək ki, Rusiya 2015-ci ildən Suriyadakı vətəndaş müharibəsində Bəşər Əsəd rejimini dəstəkləyir. Rusiya və İran hərbi dəstəyi sayəsində Hələb 2016-cı ildə hökumət qüvvələrinin nəzarətinə qaytarılıb.

Избранный
8
11
musavat.com

10Источники