RU

SON XƏBƏR: Polis Tbilisidə keçirilən aksiyanı dağıtdı

Gürcüstan polisi Tbilisidə parlament binası qarşısındakı aksiya iştirakçılarının əksəriyyətini ərazidən uzaqlaşdırıb.

APA xəbər verir ki, polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün su şırnağından və müxtəlif protexniki vasitələrdən istifadə edib.

Etirazçıların böyük əksəriyyəti Rustaveli prospektini tərk ediblər.

Bir qisim aksiya iştirakçısı isə aksiyanı davam etdirmək üçün yaxın ərazilərdə gözləyir.

Polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.

Избранный
27
3
turkustan.az

6Источники