RU

ABŞ girovları azad etmək üçün HƏMAS-a qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası girovları azad etmək üçün HƏMAS hərəkatına qarşı sanksiyaların sərtləşdirilməsini və digər tədbirlər görməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin şənbə günü yaydığı bəyanatda deyilir.

ABŞ və İsrail vətəndaşlığı olan Eden Alexander adlı girovun HƏMAS-ın yaydığı videomüraciətini şərh edən Ağ Ev rəsmisi prezident administrasiyasının onun ailəsi ilə əlaqə saxladığını deyib.

"Məsələ üzərində razılaşma var. Prezident Bayden və ABŞ dövləti diplomatiya və sanksiyalar, hüquq-mühafizə və digər tədbirlər vasitəsilə HƏMAS terrorçularına artan təzyiq də daxil olmaqla, vətəndaşlarımızın azad edilməsi üçün yorulmadan işləməyə davam edəcəklər", - deyə Savett bildirib.

Избранный
30
apa.az

1Источники