RU

Birdəfəlik müavinət veriləcək - Vəzifə maaşının 6 misli məbləğində ‼️


Milli Məclisin iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilərək qəbul olunub.

News24.az Musavat.com-a istinadla bildirir ki, layihəyə əsasən, öz arzusu ilə işdən çıxan ədliyyə işçilərinə birdəfəlik müavinət veriləcək.

Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Избранный
5
21
news24.az

10Источники