RU

Tarixdə bu gün: 1 dekabr

Dekabrın 1-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.

Dekabrın 1-də kimlər anadan olub?

Azər Dadaşov (1946) - Azərbaycanın xalq artisti, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru və "Humay" Milli Mükafatı laureatıdır (2001).

VI Lüdovik (1081-1137) - Fransa kralı (1108-1137) və Kapetinqlər sülaləsinin beşinci kralıdır.

Onun dövründə Fransada kral hakimiyyətinin gücləndirilməsi başlayıb.

Ann Mariya Tüsso (1761-1850) - uzun müddət Böyük Britaniyada yaşamış fransız heykəltəraşdır. O, Londonda məşhur Madam Tüsso mum muzeyinin yaradıcısıdır.

Mirra Loxvitskaya (1869-1905) - rusiyalı şairədir. Bəzi tədqiqatçılar onu Anna Axmatova və Marina Tsvetayevaya yol açan XX əsrin rusiyalı "qadın poeziyası"nın banisi hesab edirlər.

Vsevolod Bobrov (1922-1979) - rusiyalı futbolçu, xokkeyçi, futbol və xokkey üzrə məşqçidir.

O, tarixdə həm yay (1952) həm də qış (1956) Olimpiya Oyunlarında iştirak edən yeganə idmançıdır.

Gennadi Xazanov (1945) - Rusiyanın estrada artisti, teatr və kino aktyoru, teleaparıcı və Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) xalq artistidir. O, 1997-ci ildən bəri Moskva Estrada Teatrının bədii rəhbəri vəzifəsində çalışır.

Vudi Allen (1935) - ABŞ kinorejissoru, aktyor-komediyaçı, prodüser, dördqat "Oskar" mükafatı laureatı, yazıçı, çoxsaylı hekayə və pyeslərin müəllifidir.

1 dekabr tarixində dünyada baş verən tarixi hadisələr

1510-cu ildə Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü baş verib. Bu döyüşdə Səfəvilər qalib gəliblər. Onlar Xorasan bölgəsini Səfəvi imperiyasına birləşdiriblər.

1800-cü ildə Vaşinqton ABŞ-ın paytaxtı olub.

1945-ci ildə SSRİ-də Beynəlxalq Demokratik Qadınlar Federasiyası yaradılıb.

1959-cu ildə Antarktika haqqında konvensiya imzalanıb, burada Antarktidanın hər hansı bir hərbi məqsədlə istifadəsi qadağandır.

1988-ci ildən bəri dekabrın 1-i Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.

2020-ci ildə Laçın rayonu Ermənistan tərəfindən Azərbaycana qaytarılıb. Bu, Azərbaycan, Rusiya və Ermənistan başçılarının Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci il noyabrın 10-da dərc olunmuş bəyanatına uyğun olaraq həyata keçirilib.

2022-ci ildə Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha dörd element UNESCO-nun siyahısına daxil edilib. Bunlar pəhləvanlıq mədəniyyətidir: bura Zorxananın ənənəvi oyunları, idmanı və güləşi; Molla Nəsrəddin haqqında ənənəvi hekayələr və lətifələr; çay mədəniyyəti, qonaqpərvərlik və sosial qarşılıqlı əlaqənin simvolu kimi; ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı daxildir.

Bizim.Media

Избранный
63
9
bizim.media

5Источники