RU

"Real Madrid" "Xetafe"ni 2:0 məğlub etdi

İspaniya La Liqasının 15-ci turunda "Real Madrid" və "Xetafe" komandaları qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən matçda "Real Madrid" 2:0 hesabı ilə qalib gəlib. İlk yarıda, 30-cu dəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem penaltini qola çevirərək hesabı açıb. 8 dəqiqə sonra isə Kilian Mbappe fərqi artırıb və matçın yekununda qalibiyyətin təməlini qoyub.

Bu nəticə ilə "Real Madrid" 15 matçdan sonra 33 xalla La Liqanın turnir cədvəlində ikinci yerdə yer alır. "Xetafe" isə 13 xalla 17-ci sıradadır. İspaniya çempionatının turnir cədvəlinə isə 34 xalla "Barselona" başçılıq edir.


Müəllif: Teleqraf.com
Избранный
84
50
teleqraf.com

10Источники