Peruda yaxşı qorunmuş körpə timsah fosili tapılıb. Alimlər iddia edirlər ki, 10 milyon illik skelet bu növün yeniyetməsinin ilk nümunəsidir.
Hafta.az-ın “Interesting Engineering”ə istinadən yazdığına görə, bütün skeleti ilə qorunan timsah fosili paytaxt Limadan təqribən 350 kilometr cənubda yerləşən Okukaje səhrasında tapılıb. Fosil Peru Geologiya, Mədənçıxarma və Metallurgiya İnstitutu və La Union Kolleci ilə birgə qazılıb.
Peru Beynəlxalq Paleontologiya Konqresində təqdim edilən tapıntılara görə, skelet nəsli kəsilmiş qavial növə aiddir.
Tapıntılar hələ də nəzərdən keçirilməyib, lakin tədqiqatçılar təxminən 3 metr uzunluğunda skeletin 10-12 milyon il əvvələ aid olduğunu bildirirlər. Alimlər deyirlər ki, Piscogavialis cinsinə aid olan bu qarial körpədir.
Tədqiqat qrupunun üzvlərindən paleontoloq Mario Qamarra deyir: "Biz ilk dəfədir ki, bu növün yeniyetməsini tapırıq, yəni o, maksimum ölçüsünə çatmamış ölüb".
Alimlər bildirirlər ki, bu heyvanların uzunluğu yetkinlik yaşına çatdıqda 9 metrə çata bilir.
Qamarra bildirir ki, bu heyvanların çənəsi və kəlləsi indiki timsahlardan xeyli fərqlənirdi: "Onların burnu uzun idi və bütünlüklə balıqla qidalanırdılar. Bu gün bu timsahın ən yaxın qohumu qarial ola bilər".
Alimlər fosili öyrənməyə davam etməyi planlaşdırırlar. İndi onlar yetkinlik yaşına çatmayan bir nümunəyə sahib olduqları üçün bu tarixdən əvvəlki timsahların inkişafı haqqında daha çox məlumat əldə edə bilərlər.
Fosillərlə zəngin bölgə kimi tanınan Okukaje səhrasında bu günə qədər ən az 55 yeni dəniz canlısı növü aşkar edilib.