RU

Peskov: "Rusiya Əsədi dəstəkləməyə davam edir"

"Rusiya Əsədi dəstəkləməyə davam edir".

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu sözləri prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov böyük şəhərlərin Suriya hakimiyyətinə müxalif silahlılar tərəfindən hücuma məruz qaldığı Suriyadakı vəziyyəti və Rusiyanın buna münasibətini şərh edib.

"Biz Bəşər Əsədi dəstəkləməyə davam edirik, lazımi səviyyədə əlaqələrimizi davam etdiririk", - deyə Kreml spikeri bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda Suriyadakı vəziyyəti təhlil edir.

"Vəziyyətin sabitləşməsi üçün nəyin zəruri olduğuna dair mövqe formalaşacaq", - deyə Peskov bildirib.

Mənbə: oxu.az

Избранный
11
14
oxu.az

10Источники