Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sabunçu qəsəbəsinin bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Tarix: 2 Dekabr 2024, 23:44