RU

Ağadadaş Ağayevlə insident yaşayan mühafizəçinin barəsindəki cinayət işi üzrə məhkəmə başlayır

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı "MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da barəsində cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Demokrat.az "Report"a istinadən xəbər verir k, cinayət işi materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.

Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Избранный
40
16
demokrat.az

10Источники