Salyan Şəhər Kommunal Təsərrüfatı İdarəsinin müdiri Elməddin Kazımov vəzifəsindən çıxarılıb.
"Unikal"a istinadən xəbər verilir ki, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Həmin vəzifəyə əvvəllər Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi işləmiş Araz Hüseynov təyin olunub.
Mənbə: oxu.az