RU

Noyer karyerasında bunu da gördü

"Bayern"in qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 final mərhələsində Leverkuzen "Bayer"i ilə oyunumda qırmızı vərəqə alıb.

Publika.az xəbər verir ki, matçın 17-ci dəqiqəsində 38 yaşlı qolkiper cərimə meydançasından kənara qaçaraq rəqib futbolçu Ceremi Frimponqun üzərinə sıçrayıb. Nəticədə qaydanı pozub və sonuncu ümid fouluna görə karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.

"Bayern"in baş məşqçisi Vinsent Kompani nəticədə hücumçu Leroy Saneni qapıçı Daniel Peretslə əvəzləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, görüşdə 1:0 hesablı qələbə qazanan Leverkuzen təmsilçisi 1/4 finala adlayıb.

Избранный
32
publika.az

1Источники