RU

İlon Mask Cənubi Koreyada hərbi vəziyyətin ləğvini şərh etdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Yun Sok Yolun ölkədə elan etdiyi hərbi vəziyyət parlamentin qərarı ilə qısa müddət sonra ləğv olundu. Bu hadisəyə amerikalı sahibkar İlon Mask sosial media platforması X-də (keçmiş Twitter) reaksiya verib.

Mask bir istifadəçinin Cənubi Koreyada baş verən hadisələrlə bağlı paylaşdığı suala cavab olaraq qısa şəkildə "Bəli, bu şokdur" deyib.

Parlamentin hərbi vəziyyəti ləğv etməsi barədə xəbərlər yayıldıqdan sonra yenidən sosial mediada müzakirələr başladı. Mask həmin postlardan birinə daha qısa cavab verib: "Vau."

Qeyd edək ki, Prezident Yun Sok Yol 3 dekabrda hərbi vəziyyət rejimi elan etmişdi. Bu addımın məqsədi "şimaldan gələn qüvvələri təmizləmək" olduğu bildirilirdi. Daha sonra parlamentdə keçirilən iclasda 190 deputat xüsusi rejimin ləğvinə səs verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники