RU

Fahriye Burakı Moskvaya tək buraxmadı - Fotolar

Məşhur türkiyəli aktyor Burak Özçivit Moskvada yeni seriala çəkilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, 6 bölümdən ibarət olan “Я к тебе надолго” (“Həmişə səninləyəm”) adlı serialda baş rolda yer alacaq.

Özçivitin tərəf müqabili isə aktrisa Yuliya Kalaşnikovadır. 

Aktyor bildirib ki, bu serial onun üçün çox dəyərlidir: “Rus və türk mədəniyyətləri çox fərqli olsa da, bir çox ortaq yönlərimizin olduğunu kəşf etdik”.

İddialara görə, Özçivitin xanımı, aktrisa Fahriye Evcen onu qısqandığından Moskvaya tək buraxmayıb. Aktrisa bildirib ki, bundan sonra o, Rusiyaya tək səfər etməyəcək.






Избранный
39
3
qafqazinfo.az

5Источники