RU

Serbiyalı deputatlar xarici agentlər haqqında qanun layihəsini parlamentə təqdim ediblər

Ölkənin baş nazirinin müavini Aleksandr Vulinin rəhbərlik etdiyi Serbiya Sosialistlər Hərəkatının deputatları Skupştinaya (parlamentə) xarici agentlər haqqında qanun layihəsi təqdim ediblər.

Qanun qəbul olunarsa, xarici mənbələrdən maliyyə alan təşkilatların və siyasi xadimlərin xarici agent kimi qeydiyyatdan keçməsini və bu statusu bütün nəşrlərində qeyd etmələrini tələb edəcək. Təşəbbüs müəllifləri bu öhdəliklərin yerinə yetirilməməsinin müəyyən fəaliyyət növlərinə qadağa qoyulması, cinayət məsuliyyəti və ya 17 min avroya qədər cərimə ilə cəzalandırılmasını təklif edirlər.

Ülviyyə, Hurriyyet.az

Избранный
110
50
hurriyyet.az

10Источники