RU

Ərinə görə yeməkdən imtina edən xanım indi haradadır?- “DİN danışqılar apardı...”

“Həyat yoldaşını hamiləlik müayinəsi adı ilə xəstəxanaya gətirərək orada qoyub gedən və geri dönməyən kişi ilə bağlı paylaşım etmişdik. Qadının həyat yoldaşı ilə dövlət qurumları dəfələrlə əlaqə saxlamağa çalışsa da, onun xaricdə olduğunu və həyat yoldaşını istəmədiyini bildirmişdi .Qadın xəstəxanadan çıxarılaraq sığınacağa yerləşdirildi. Lakin yerləşdirildiyi gündən problemlər daha da şiddətləndi”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Təmiz dünya” təşkilatının sədri Mehriban Zeynalova bildirmişdi. 

O deyib ki, qadın tamamilə yemək və içməkdən imtina etdi və həyat yoldaşının yanına aparılmadığı müddətcə hər şeydən imtina edəcəyini deyib: 

“Əməkdaşlarımız günlərlə onun arxasınca düşərək az da olsa bir şeylər yeməsinə çalışdılar. Xəstəxanaya da zəng edib belə bir hadisə ilə qarşılaşdığımız barədə məlumat verdik. Nəhayət, Daxili İşlər Nazirliyi tərəfindən qadının atası ilə uzun söhbətlər aparıldı. Ata qızına sahib çıxacağını bildirdi. Lakin qadın hələ də həyat yoldaşını istəyir və nə atası, nə də digər qohumları onun üçün əhəmiyyətlidir. Hazırda qadın atasının yanındadır. Onun sağlamlığının yerində olub-olmaması ilə bağlı həkim yoxlamasından keçirilməsini təmin etmişik və nəticələri gözləyirik”. 

Qadının hazırkı vəziyyəti ilə bağlı Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, o, hazırda atasının yanındadır: 

"Oğlan demişdi ki, qıza nəsə olsa, mən cavabdeh deyiləm. Qadın da sığınacacağa uyğunlaşmaq xüsusiyyətində deyildi, heç bir informasiyanı, yardımları qəbul etmək istəmirdi. Daxili İşlər Nazirliyi danışıqlar apardı, ata qızı qəbul etdi. Daha sonra qızı atasının yanına göndərdik". 

Избранный
10
1
cebheinfo.az

2Источники