RU

Qaynar şorba və çay içmək olmaz– Onkoloq

Çox isti, qaynar şorbalar, çaylarxərçəngə gətirib çıxara bilər.


“Medicina” xəbər verir ki, onkoloq Maqomed Suleymanovacı, qaynar qida və mayelərin təsirindən danışıb.

“Mədə, qida borusu, qırtlaq xərçəngi ən ağır və amansız növlərdəndir.

Müasir onkoloji inkişafa rəğmən bu xərçəng növləri daha çox insanın həyatına son qoyur.Mədə və qida borusu xərçəngi 80% hallarda gec aşkarlanır.

Bu növ xərçəngin səbəblərindən biri orqanların yollarının, selikli qişalarının travması, xroniki xorası, iltihabıdır.

Qaynar qəhvə, çay, şorba yeyənlərdə qida borusu, mədə divarının xroniki travmalaşması baş verir.
Bu adamlarda bədxassəli şiş riski artır.

Bu prosesi sadə dillə belə izah edim: zədələnmiş toxuma özünü bərpa üçünhüceyrələrin intensiv bölünməsi başlayır, bu da yaş artdıqca həmin hüceyrələrin bədxassəliyə çevrilməsini artırır.

İstisna edilmir ki, hansısa məqamda hüceyrələr düzgün bölünməyəcək və şişlərə çevriləcək.
Ona görə də xüsusən yaşlı adamların qaynar yemək və çay içməsinin qarşısını alın. Eləcə də bu vərdişi tərgidin.

Yeməkləri əlavə olaraq istiotlamayın, turş, acı qidalar yeməyin. Qaynar yeməyi bir qədər soyudub yeyin”.


Aygün Musayeva


Избранный
50
9
medicina.az

10Источники