RU

Çində dəmir yolu tikintisi çöküb,13 işçi itkin düşüb

Çinin cənubundakı Quanqdonq əyalətində ötən gecə dəmir yolu tikintisinin zəmininin uçması nəticəsində 13 işçi itkin düşüb.

“İki sahil” xəbər verir ki, Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsi Bürosunun verdiyi məlumata görə, Sincan-Syanmin dəmir yolu tikintisinin 5 saylı tikinti sahəsində çökmə baş verib.

Ərazidə çalışan 13 işçi çökən hissədə qaldığı, işçilərlə əlaqənin kəsildiyi bildirilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
36
3
ikisahil.az

1Источники