Bu ilin yanvar-oktyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1145,4 milyon manat dəyərində məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 25,4 faiz üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hazır metal məmulatlarının istehsalı sahəsində 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 30,3 faiz artım müşahidə edilib.
Hesabat dövründə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,2 dəfə, alüminium məmulatlarının istehsalı 55,3 faiz, armatur istehsalı 38,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 19,7 faiz artıb.