Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısında dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı obyaktlər həmin siyahıya əlavə edilib:
229. | Sərsəng su anbarı | Ağdərə rayonu | Fövqəladə Hallar Nazirliyinin vəsaiti |
230. | Suqovuşan su anbarı | Ağdərə rayonu | Fövqəladə Hallar Nazirliyinin vəsaiti |
231. | Mingəçevir su anbarı, onun mühafizə və sutənzimləyici hidrotexniki qurğuları | Mingəçevir şəhəri | Fövqəladə Hallar Nazirliyinin vəsaiti |
232. | Şəmkir su anbarı, onun mühafizə və sutənzimləyici hidrotexniki qurğuları | Şəmkir rayonu | Fövqəladə Hallar Nazirliyinin vəsaiti |