Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Ekvadorla ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 36,1 faiz artaraq 47,5 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Ekvadora ixrac: 479,7 min dollar (2023-cü ilin yanvar-oktyabr aylarında bu ölkə ilə ixrac əməliyyatları aparılmayıb)
Ekvadordan Azərbaycana idxal: 47,1 milyon dollar (+34,8 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Ekvadorla ticarətin payı 0,12 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi