RU

Macarıstan Aİ fondlarından ayrılan 1 milyard avronu itirə bilər

Macarıstan ilin sonuna kimi demokratiya və qanunun aliliyi sahəsində islahatlar həyata keçirməsə, Avropa İttifaqının ümumi büdcəsindən və onun xüsusi fondlarından alacağı təxminən 1 milyard avronu itirmək riski ilə üzləşir.

Musavat.com xəbər verir ki, Brüsselin müvafiq tələbinə dair məlumatı “Politico” qəzeti yayıb.

Qəzet qeyd edir ki, Avropa Komissiyasının büdcə, fırıldaqçılıqla mübarizə və dövlət idarəçiliyi üzrə komissarı Pyotr Serafin Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka ilə görüşdən sonra deyib ki, Macarıstanın birlikdən maliyyələşdirməsinin bərpasını təmin etmək üçün Brüsseldə gördüyü işlər onların “ümid etdiyi kimi deyil”.

Aİ qaydalarına əsasən, istənilən üzv dövlətə Avropa Komissiyası tərəfindən tutulan vəsaiti geri tələb etmək üçün 2 il vaxt verilir. Bu halda söhbət 2022-ci ilin büdcəsindən olan məbləğdən gedir. “Politico” adının çəkilməsini istəməyən Aİ diplomatından sitat gətirib: "Bu, hər bir ölkə üçün, xüsusən də Macarıstan üçün böyük puldur".

Brüssel Macarıstan üçün nəzərdə tutulmuş 22 milyard avronu Aİ-nin demokratiya və qanunun aliliyi ilə bağlı bir sıra tədbirləri həyata keçirməsi üçün Budapeştə təzyiq göstərərək saxlayır. Budapeşt hesab edir ki, ona qarşı qoyulan tələbləri çoxdan yerinə yetirib və bu məsələnin həllində ləngimələr Aİ rəhbərliyinin Viktor Orbanın rəhbərlik etdiyi hökumətin mövqelərini zəiflətmək istəyindən qaynaqlanır.

Musavat.com

Избранный
79
3
musavat.com

7Источники