RU

Azərbaycanda unun son qiymətləri AÇIQLANDI

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 2-dən etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

Rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.20-28.20 manat təşkil edirdi.

Beləliklə, ötən ayla müqayisədə istehsalçılar unun aşağı həddinin qiymətini 20 qəpik azaldıblar.

Dekabrın 2-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.30 manat;

"Anadoluqida" və "Hazartürk LTD" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat;

"AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.05 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Sünbül 2012", "Xırman", "SKY AGRO", "Taxıl AQRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.95 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.40 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.25 manat;

"NEON" Firması, "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.50 manat;

"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.80 manat;

"Avrora" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.20 manat.
Избранный
23
30
sherg.az

10Источники