RU

Azərbaycan millisi ilə müqaviləsinə xitam verən şahmatçı Bolqarıstan seçməsi ilə razılaşıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisi ilə 2017-ci ildə komandalararası Avropa çempionatının qalibi olan Arkadi Naydiç növbəti dəfə şahmat vətəndaşlığını dəyişib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası ilə müqaviləsini 2021-ci ildə qarşılıqlı razılıqla pozan qrosmeyster bu dəfə Bolqarıstan tərəfindən milliləşdirilib.
Yığmamızdan ayrıldıqdan sonra bir müddət də Azərbaycan bayrağı altında oynamalı olan Naydiç bundan sonra Bolqarıstanı təmsil edəcək. O, hazırda Dohada keçirilən "Qatar Masters" turnirində mübarizə aparır.
Qeyd edək ki, Naydiç 2015-ci ildə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunmuşdu.
Избранный
45
12
oxu.az

10Источники