"İki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib" - bu fikirləri bu gün Daşkənddə Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun rəsmi açılış mərasimində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.
Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.