RU

Noyerin cəzası açıqlandı

Almaniya kubokunda "Bayer Leverkuzen" ilə oyunda (0:1) qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan “Bayern Münhen”in qapıçısı Manuel Noyerin cəzası açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Karyerasında ilk dəfə qırmızı vərəqə alan təcrübəli qolkiper iki oyunluq cəzalanıb. Onun cəzası növbəti mövsümdə Almaniya kubokunun oyunlarına şamil olunacaq. Çünki Münhen nəhəngi "Bayer"ə uduzaraq mübarizəni dayandırıb. 

Xatırladaq ki, Manuelin iştirak etdiyi matçda insident 17-ci dəqiqədə baş verib. O, sevimli üslubunda cərimə meydançasından kənara çıxaraq Ceremi Frimponqu yıxıb. Almaniya Futbol Federasiyasının müvafiq qurumu Noyerin hərəkətini qeyri-idman davranışı kimi qiymətləndirib. 

"Bayern" Bundesliqada 30 xalla hələ də birincidir. İkinci yerdə olan “Ayntraxt Frankfurt”la fərq dörd xaldır.

Mirağa

Избранный
58
fanat.az

1Источники