RU

Qonşusunu döyən şəxslə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Əkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 12.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb.

 

Belə ki, E.Əkbərovun qonşuluqda kirayədə yaşayan qonşusu, zərərçəkmiş S.Məmmədlinin evin sahibinə onun anasından şikayət edib. Sonra o, həmin evin sahibi ilə anasının arasında mübahisə yaranmasını eşidib. E.Əkbərov da yaşadığı binanın qarşısında zərərçəkmiş şəxslə rastlaşdıqda ev sahibini hansı səbəbdən anasının üstünə göndərməsini aydınlaşdırmaq istəyib. Bu zaman o, S.Məmmədlini təhqir edərək onun üz nahiyəsinə sillə ilə vuraraq özünə tərəf dartıb yerə yıxıb. Daha sonra o, tanışı ilə birlikdə S.Məmmədlinin başına, sinəsinə yumruq və təpiklə vurub.

 

Hadisədən sonra E.Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə onun aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 6 Dekabr 2024, 09:31   
Избранный
25
pravda.az

1Источники