RU

Millimizin baş məşqçisi: "Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir"

"Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir".

Apasport.az xəbər verir ki, bunu kişi boksçulardan ibarət millinin yeni baş məşqçisi Ravşan Xocayev federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis müstəqillik illərində ölkə boksunda belə nəticənin olmadığını bildirib:

"Əlbəttə ki, buna idmançıların, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar. Azərbaycan boksu həmişə dünyada liderlik edib. Nəriman Abdullayev, Vaqif Şirinov, Məmməd Eyvazov kimi məşqçilər həmişə Yay Olimpiya Oyunları və dünya çempionatlarından medallarla qayıdıb, çempionluq sevinci yaşayıblar”.

Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı danışıb:

“Son üç olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar olimpiadalarda gümüş və bürünc mükafatlar qazanıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq”.

R.Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib:

“Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktoru vəzifəsinə dəvət etdilər. İşim yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq. Son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar”.

Çempionun medalı əlindən alınır? - TİBBİ NƏTİCƏLƏR AÇIQLANDI

Boksçumuzdan gümüş medal

Boksçumuz gümüş medal qazanıb

Əli Abdullayev dünya birinciliyində finala vəsiqə qazanıb

Daha bir boksçumuz finalda

Избранный
29
27
apasport.az

10Источники