RU

Naxçıvanda istehsal olunan məhsulların ixracı üçün 335 mənşə sertifikatı verilib

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracı üçün 335 mənşə sertifikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının rəsmi nəşri xəbər verir ki, bu barədə Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə çıxış edərkən muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, hesabat dövründə Naxçıvanın müvafiq qurumları tərəfindən verilən 4758 icazə üzrə 143,6 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə icazələrin sayı üzrə 14,3 dəfə, daxilolmalar üzrə isə 2,3 dəfə artım qeydə alınıb.

A.İsmayılov bildirib ki, ilin əvvəlindən nazirlik tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 88 lisenziya verilib.

Избранный
37
vergiler.az

1Источники