RU

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülən işlər müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.

Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin əməkdaşı Aynur Hacıyeva təqdimatla çıxış edərək Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə həyata keçirilən yol xəritəsi çərçivəsində bir sıra yeniliklər tətbiq edildiyini diqqətə çatdırıb. Təqdimat zamanı sahibkarlığın təşviqi və biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemləri, biznesin elektronlaşdırılması ilə bağlı tədbirlər, onlayn qeydiyyat sisteminin üstünlükləri barədə məlumat verilib.

Bildirilib ki, onlayn qeydiyyatın tətbiqində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət edilməsi, şəffaflığın təmin olunması, sahibkarlarla ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Görüş iştirakçılarına vergi ödəyicilərinin elektron qeydiyyatında əldə edilmiş nəticələr, xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı, bu sahədə rəqəmsallaşmanın müsbət dinamikası barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Избранный
18
3
sia.az

4Источники