RU

Danimarka və İsveç 205 zirehli maşının alınmasına dair müqavilə imzalayıb

İsveç və Danimarka birgə 205 zirehli maşının alınmasına dair müqavilə imzalayıb.

Busaat.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə İsveç hökumət idarəsi məlumat yayıb.

Məlumata əsasən, İsveç və Danimarka Silahlı Qüvvələrinin Logistika Direktorluqları “CV9035 Mk IIIC” versiyasının 205 “Stridsfordon 90” piyada döyüş maşınının birgə alınması üçün “BAE Systems Hägglunds” ilə təxminən 2,3 milyard dollar dəyərində müqavilə imzalayıb.

Bu 205 döyüş maşınından 115-i Danimarkaya, 50-si İsveçə məxsus olacaq. Qalan 40-ı isə Ukraynaya çatdırılacaq. Döyüş maşınları Danimarka və İsveçin köçürdüyü vəsaitlər hesabına maliyyələşdiriləcək.

Qeyd olunub ki, ümumilikdə 10 ölkə CV90 piyada döyüş maşınının istifadəyə verilməsinə qərar verib. Bunlara Çexiya, Danimarka, Estoniya, Finlandiya, Hollandiya, Norveç, Slovakiya, İsveç, İsveçrə və Ukrayna daxildir.

 

Zeyd Bağırzadə

Избранный
20
50
busaat.az

10Источники