RU

İstehlak səbətinə yenidən baxıla bilər - Hansı dəyişiklik olacaq? (ŞƏRH)

Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq. 

Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, İşçi Qrupun son görüşü 2021-ci ildə olub və 2025-ci ildə yenidən görüş planlaşdırılır.

İstehlak səbərtində hansı dəyişikliklərə ehtiyac var? Səbətə yenidən baxılarkən nəyə diqqət edilməlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, istehlak səbətinin qiymətinə yenidən baxılması arzusu ideyasının formalaşması özü çox proqressiv məsələdir:

“Çünki zaman-zaman yaşayış minimumu, minimum əmək haqqı, ehtiyac meyarından danışanda istehlak səbətinə istinad edilir. Minimum istehlak səbətində 3 qrup baza mallar var. Bunlar ərzaq malları, qeyri-ərzaq malları və gündəlik yaşayış üçün zəruri olan xidmətlərdir”.

Ekspert deyir ki, minimum istehlak dedikdə  bir insanın ona lazım olan məhsuldan il ərzində minimum nə qədər istifadə etdiyi nəzərdə tutulur ki, insan fizio-biloji funkisyasını saxlasın və sağlamlığını qorusun:

“Bu normativlərə yenidən baxıla bilər. Məsələn, xidmətlərə insanlar üçün müasir dövürdə zəruri olan xidmətlər əlavə oluna bilər. Və yaxud hansısa normativləri dəyişə bilərlər. Baş verən proseslərə uyğun artırıb və ya azalda bilərlər”. 

Xalid Kərimli hesab edir ki, istehlak səbətinə illik baxılmağa ehtiyac var:

“Bu səbətdə illik dəyişiklik olmasa da baxılmasına ehtiyac var. Çünki dünya sürətlə dəyişir, ona görə də insanların istehlaklarının strukturu da dəyişə bilər. 

Biz regional liderik, dünyanın ekoloji mərkəziyik, dünya siyasətinə təsir edə bilən dövlətik. Buna görə də normativlər  uyğunlaşdırılaraq  daha da yaxşılaşdırılmalı, artırılmalıdır. 

İstehlak səbəti artırılsa, yaşayış minimumunun məbləğinə də təsir edə, artırıla bilər”. 

Davud

Избранный
31
valyuta.az

1Источники