RU

Yeni kruiz gəmisi 2025-ci ildə ilk dəfə Xəzər dənizinə çıxacaq

Yeni "Karaliya" kruiz gəmisi 2025-ci ildə ilk dəfə Xəzər dənizinin sularına çıxacaq. Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.

"Birləşmiş marşrut Mahaçqala və Astraxanın dəniz limanlarını Rostov-na-Donu və Volqoqrad çay şəhərləri ilə birləşdirəcək. Bu kruiz Xəzər regionunda turizm axınının artması üçün yeni imkanlar yaradacaq və Volqanın aşağı axınında kruizlərin inkişafına təkan verəcək," -  Rosmorreçflot rəhbəri Andrey Tarasenko və Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun iştirakı ilə Xəzər hövzəsində dəniz kruiz xidmətinin təşkili ilə bağlı keçirilən müşavirənin yekununda bildirilib.

Nəqliyyat Nazirliyi qeyd edib ki, Mahaçqala və Dərbənd limanlarında kruiz gəmilərini qəbul etmək üçün infrastrukturun modernləşdirilməsi və inkişaf etdirilməsi vacibdir. Bundan əlavə, burada Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan ilə beynəlxalq marşrutların inkişafı üçün imkanlar mövcuddur. Bunun üçün limanlarda sərhəd buraxılış məntəqələrinin yaradılması və hökumətlərarası razılaşmaların imzalanması tələb olunur.

"2025-2026-cı illərdə Nijni Novqorod zavodunda inşa edilən "Karaliya" layihəsinin "çay-dəniz" sinifinə aid üç kruiz laynerinin istismara verilməsi planlaşdırılır. Bu gəmilər daxili su yolları üzrə birləşdirilmiş marşrutlarda, Xəzər, Qara, Azov və Ağ dənizlərdə istifadə olunacaq," -  nazirlikdən bildirilib.

N.Təbrizli
www.anews.az
Избранный
52
anews.az

1Источники