RU

Əli Əsədov yeni qərar imzaladı

"Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında" qərarda dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə edilən əlavəyə əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1 faizinə qədər, həmçinin, mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Milli.Az

Избранный
19
50
milli.az

10Источники