RU

Məhkəmə özəlləşdirmə çekləri ilə bağlı qərarını verdi

Bu gün Bakı İnzibati Məhkəməsində özəlləşdirmə çekləri ilə bağlı bir qrup vətəndaşın iddiasına baxılıb.

"Unikal" xəbər verir ki, məhkəmənin qərarına əsasən, iddia mümkün sayılmayıb.

Qeyd edək ki, bir qrup vətəndaş dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması və s. iddialarla Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Bir müddətdir davam edən proses bu gün yekunlaşıb, məhkəmə qərarında iddianı mümkün saymayıb.

Əlavə edək ki, bu gün məhkəmə prosesinin gedişində sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Bakı İnzibati Məhkəməsinin binası qarşısından yayımlanan həmin videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb.

Xatırladaq ki, Dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

Избранный
138
50
unikal.az

10Источники