RU

Çernobil Nüvə Elektrik Stansiyası yaxınlığında yaşayan canlılar hansı dəyişikliklərə SƏBƏB olub?

Heyvanlarda inkişaf adətən çox yavaş bir proses kimi qəbul edilir. Lakin, Çernobil Nüvə Elektrik Stansiyası yaxınlığında yaşayan itlərin 40 ildən sonra sürətlə inkişaf etdiyi aşkar edilib.

Bizim.Media xəbər verir ki, Çernobilin ətrafında gəzən itlərdən alınan qan nümunələrini araşdıran tədqiqatçılar, bu itlərin genetik olaraq dünyanın digər yerlərindəki itlərdən fərqli olduğunu tapıblar. Araşdırmanın müəlliflərindən, genetikçi Elain Ostrander belə deyib:
 

"Məncə, bu araşdırmanın ən maraqlı tərəfi, yalnız DNA profillərinə baxaraq, reaktora yaxın və ya onun kölgəsində yaşayan it populyasiyalarını tanıya bilməyimizdir".


Bu genetik fərqliliklərin, bu çətin şəraitdə yaşayan itlərdə hansı tibbi və xarakteristik dəyişikliklərə səbəb olduğu hələ də aydın deyil. Lakin yalnız itlər deyil, Çernobil ərazisində digər canlılar da bu vəziyyətə uyğunlaşaraq inkişaf yaşadılar. Məsələn, bölgədəki canavarların xərçəngə qarşı bir növ qorunma inkişaf etdirdiyi aşkar edilib. Bir başqa araşdırmada isə, Çernobilin ən radiasiya ilə yüklənmiş bölgəsində yaşayan ağac qurbağalarının daha tünd rəngli olduğu tapılıb. Bu tünd rəng, daha çox melaninə sahib olmaları ilə bağlı olaraq, radiasiyanın mənfi təsirlərinə qarşı onları qorumuş ola bilər.

Araşdırmalar, radiasiyanın bəzən genetik mutasiyalar yaradaraq bu dəyişikliklərə səbəb olduğunu göstərir. Yəni, radiasiyaya dözə bilməyən fərdlər öləndə, bu yeni şəraitə daha uyğun olanlar yaşamağa davam edir və genetik miraslarını növbəti nəsillərə ötürürlər.

Çernobildən gələn bu genetik dəyişikliklər, mühitdəki dəyişikliklərin və yeni şərtlərə uyğunlaşma proseslərinin nə qədər sürətlə baş verə biləcəyini göstərir. Bu tapıntılar, gələcək tədqiqatlar üçün hələ çox sual işarəsi buraxır.

Nuray, Bizim.Media

Избранный
52
35
bizim.media

10Источники