RU

Bakı konfransının qərarları Azərbaycanın diplomatik qələbəsidir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda (COP29) qəbul edilən yekun sənəd Azərbaycanın diplomatik qələbəsidir. Bu fikri Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov mətbuata müsahibəsində səsləndirib.

Rusiyalı nazir deyib ki, konfrans iştirakçıları inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf razılaşdırıblar. COP29-da qəbul olunmuş qərara əsasən, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinə hər il azı 300 milyard dollar ayrılmasını təmin etməli olduğunu xatırladan M. Reşetnikovun sözlərinə görə, Bakıda inkişaf etməkdə olan ölkələr üçün yeni iqlim maliyyələşdirmə hədəfinin razılaşdırılması üzrə müzakirələr son dərəcə gərgin olub: “Fikir ayrılıqlarına baxmayaraq, konfransın bütün iştirakçı ölkələri yekun sənədi razılaşdırıblar. Burada Azərbaycanın sədrliyinin əsas rolunu və onların komandasının danışıqlardakı ustalığını xüsusi qeyd etmək istərdim. Bu, şübhəsiz ki, onların diplomatik qələbəsidir”.

Rusiyalı nazir karbon vahidlərinin beynəlxalq ticarəti üzrə qaydaların təsdiqlənməsini COP29-un nailiyyətləri sırasında mühüm yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, əldə edilən razılaşmalarda ölkələrin yaradılan karbon bazarları infrastrukturuna bərabər hüquqlu çıxış prinsipinin təsbit edilməsi vacibdir. M. Reşetnikov, həmçinin deyib ki, Rusiyanın layihələri və karbon vahidləri siyasi motivli məhdudiyyətlərlə üzləşməməlidir.

COP29-da qalıq yanacaqlardan imtina məsələsi və bu mövzuda danışıqların gedişatını şərh edən M.Reşetnikov bildirib ki, Rusiya ondan istifadədən imtina etməyi planlaşdırmır: “Biz heç nədən imtina etmirik. Ötən il qlobal karbon neytralllığına nail olmaq üçün balanslaşdırılmış tədbirlər toplusu formalaşdırmaq mümkün oldu. Buraya, həm də bərpaolunan enerji mənbələrinin, elektrik nəqliyyatının, atom energetikasının inkişafı, enerji səmərəliliyinin artırılması daxildir”.

Избранный
23
8
xalqqazeti.az

9Источники