RU

Məşhur futbolçular Azərbaycana NİYƏ GƏTİRİLİR? - ƏSAS HƏDƏF

Ölkəmizdə keçirilən COP29 tədbiri müddətində məşhur futbol ulduzları, tanınmış məşqçilər Azərbaycana gətirildilər. İndi isə daha bir futbol ulduzu Messinin Azərbaycana gələcəyi qeyd olunur. Bəs görəsən, tanınmış idmançıların Azərbaycana gətirilməsinin ölkə idmanına nə kimi faydası var?
 
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev Moderator.az-a danışdı. 
 
 
“Futbol komanda oyunu olsa da, həmişə fərdlərin, ulduzların ön plana çıxdığı bir tamaşa olub. Əksəriyyət futbola məhz texnika, taktika üçün hansısa məşqçilərin gedişləri üçün yox, fərdlər üçün baxır və bu ulduzlar həmişə dəyişirlər. Vaxtikən Pele, Qoreça var idisə, ondan sonra Maradona var idisə, indi də messilərin vaxtıdır. Bir müddətdən sonra da başqaları ön plana çıxacaq. Onları televizor ekranlarından və internetdə görən uşaqlar, futbola həvəsi olanlar həmin futbolçuları kumir kimi görürlər. O kumirləri yaxından görəcəyi təqdirdə daha böyük həvəslə futbolçu olmaq, inkişaf etməyə can atırlar. Onlar kimi ulduz olmaq, onlar kimi tanınmaq istəyirlər. Bu da eyni zamanda təkcə futbolla məşğul olmaq istəyən uşaqlara yox, digər onların ətraflarında olan dostlarından, məktəb yoldaşlarının, məhəllə uşaqlarının, məhəllə dostlarının da futbola, idmana gəlməyinə kömək edir. 
 
İdman sosial bir layihədir və sağlamlıqdır, pis vərdişlərdən uzaqda qalmaqdır. Yəni bu idmanın inkişafı, futbolun inkişafı, futbolun kütləviliyi, ölkədəki sosial durumun problemlərin qarşısını almaq, alınması istiqamətində xüsusi bir əhəmiyyət daşıyır. Yəni bir uşağın, həyətdə, məhəllədə zərərli vərdişə meyl etməsi ehtimalı çox böyük olur. Amma o buna yox, məsələn, futbolla məşğul olarsa, ya getdiyi idman növü ilə məşğul olarsa, bu, həmən bu ölkənin, millətin xalqın daha sağlam olması, onun genetik fondunun daha sağlam olmasına öz yardımını edəcək”.
Избранный
45
moderator.az

1Источники