RU

ABŞ məhkəməsi Çin şirkətini TikTok-u satmağa məcbur edir

ABŞ-ın federal Apelyasiya Məhkəməsi Çin şirkəti “ByteDance”dən öz populyar “TikTok” tətbiqinin gələn ilin əvvəlinə qədər ABŞ-dakı fəaliyyətindən imtina etməyi və ya qadağa ilə üzləşməyi tələb edən qanunu dəstəkləyib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Ədliyyə Nazirliyi və Çin tətbiqinin əleyhdarları üçün qələbə, “ByteDance” üçün isə ağır zərbədir. Bu, sosial şəbəkə tətbiqinin cəmi altı həftə ərzində qadağa ilə üzləşməsi ehtimalını artırır. Gözlənilir ki, qərar Ali Məhkəmədə mübahisələndiriləcək.

Apelyasiya Məhkəməsi qeyd edib ki, qanun Respublikaçılar və Demokratlar, həmçinin iki prezidentin birgə əməkdaşlığının nəticəsidir və Çin Xalq Respublikasından gələn milli təhlükəsizlik təhdidinə qarşı mübarizə üçün daha geniş səylərin bir hissəsidir.

Qərar “ByteDance” üçün ciddi zərbə olsa da, ABŞ hökuməti və tətbiqin təhlükəsizlik risklərini vurğulayan qruplar üçün mühüm bir qələbədir.

Rəhman Mirzəlizadə, BakuPost
Избранный
43
bakupost.az

1Источники