Luiziana ştatı “Facebook”un sahibi olan “Meta” tərəfindən qurulmuş ən böyük məlumat mərkəzinə ev sahibliyi edəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosu məlumat yayıb. Məlumata görə, “Meta” 10 milyard dollarlıq layihənin ştatın iqtisadi həyatını dəyişdirəcəyinə ümid etdiyini bildirib. Layihə dövlət orqanları tərəfindən də dəstəklənib. Belə ki, Respublikaçı qubernator Ceff Landri layihəni ştatın texnologiya sektoru üçün “inqilab” adlandırıb. “Meta” Luiziana məlumat mərkəzinin 500 daimi və 5000 müvəqqəti iş yeri yaradacağını təxmin edir. Sahəsi 370 min kvadratmetr olan obyekt bu günə qədər şirkətin ən böyük məlumat mərkəzi olacaq.