RU

Oğlunu satmaq istəyən ata həbs edildi - ŞOK DETALLAR


Rusiyanın Orenburq şəhərində kişi yaş yarımlıq oğlunu 1,5 milyon rubla satmağa çalışarkən polis tərəfindən yaxalanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Orenburq vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Müstəntiqin fikrincə, həmin şəxs uşaq üçün alıcı tapıb və onunla "razılaşma" əldə edib. O, uşağı evdən çıxarıb onu pula dəyişdiyi anda qəfil polis tərəfindən saxlanılıb.

Məlum olub ki,polis əməkdaşları planlaşdırılan cinayətdən xəbərdar olub və vaxtında qarşısını alıblar. Orenburq məhkəməsi oğlundan qurtulmağa cəhd edən şəxsin həbsi barədə qərar verib.

Məlumata görə, kişi əvvəllər məhkum edilib, uşağın anası isə hazırda həbsdədir.

Lalə Novruz, BakuPost
Избранный
53
1
bakupost.az

2Источники