RU

Nasizmin dəhşətli cinayət izləri.. - FSB gizli arxivlərini AÇDI

Böyük Vətən müharibəsi illərində faşist Almaniyasının SSRİ ərazisində törətdiyi cinayətləri üzə çıxaran yeni sənədlər üzə çıxıb.

Bakupost.az bu barədə "Suputnik"ə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsi) Almaniyanın Hirler hərbi kəşfiyyat xidmətinin Brandenburqdakı xüsusi təyinatlı dəstəsinin törətdiyi cinayətləri əks etdirən arxiv sənədlərini aşkara çıxarıb.

Brandenburq cinayətləri arxiv sənədlərdə

Arxiv sənədlərində Brandenburq üzvlərinin işğal olunmuş SSRİ ərazisində günahsız dinc əhalini, o cümlədən uşaqları qətlə yetirdikləri və nasist ordusunun hərbi cinayətlərində iştirak etdikləri üzə çıxıb .

Sputnik-ə danışan kəşfiyyat xidmətlərinin tarixçisi Vladimir Makarov vurğuladı ki, sözügedən sənədlər kəşfiyyat və təxribat fəaliyyəti üçün qurulan Brandenburqun cinayət qrupuna çevrilərək hərbi cinayətlər törətdiyini sübut edir.

Makarov xatırladıb ki, hələ Brandenburq diviziyaya çevrilməzdən əvvəl Hitler 1942-ci ilin oktyabrında təxribat əməliyyatları haqqında fərman vermişdi və ona əsasən Brandenburqun bütün üzvləri bu əməliyyatlar zamanı düşmənlə əlaqədə olmaqda şübhəli bilinən şəxsləri vəhşicəsinə öldürməyə borclu idilər . "Brandenburqun törətdiyi hərbi cinayətlərə görə məsuliyyət birbaşa
"Abver"in kəşfiyyat xidmətinin rəhbəri admiral Vilhelm Kanarisin üzərinə düşür " deyə bildirib. Makarov Brandenburqun o dövrdə Abverə bağlı olduğunu və Kanarisin bunu etməməsinin mümkün olmadığını vurğuladı.

Elgün, Bakupost

Избранный
60
1
bakupost.az

2Источники