RU

Ziyafət Əsgərov: Parlament diplomatiyası Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almalıdır

Parlament diplomatiyası Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almalıdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlament diplomatiyasının əsas məqsədlərindən biri hibrid təhlükəsizliyin təmin edilməsidir:

"Bu problemi ciddiyə almaq lazımdır. Xüsusilə Türkiyə və Azərbaycanla bağlı hibrid təhlükələr önəmli məsələdir. Biz Milli Məclisdə xüsusi komissiya yaratdıq ki, bununla məşğul olsun. Türkiyə və Azərbaycanın dostluğunu qısqananlar var. Ona görə də parlament diplomatiyası hər iki dövlətin təhlükəsizliyini nəzərə almalı, təkcə Azərbaycanın deyil, Türkiyənin də maraqlarına uyğun qanunlar, qərarlar qəbul edilməlidir".

Избранный
69
4
ikisahil.az

4Источники