RU

"Turan Tovuz" və "Kəpəz" klubları cərimələniblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" klublarını cərimələyib.
Oxu.Az xəbər verir ki, bölgə təmsilçiləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə ziyana düşüblər.
"Turan Tovuz" evdə "Sabah"a penaltilər seriyasında uduzduqları görüşdə azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (cari mövsümdə ikinci dəfə) ucbatından 500 manat cərimə ödəyəcək. Meydan sahibləri tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyi üçün də 1500 manat cərimə olunublar.
"Kəpəz" isə "İmişli"ni məğlub etdiyi (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 700 manat cərimə ödəyəcək.
Избранный
39
50
oxu.az

10Источники