RU

“Bu komanda taktiki və fiziki cəhətdən güclüdür, “Qarabağ”dan seçilir”

“Qarabağ” üçün çətin oyun olacağını düşünürəm”.

Sportinfo.az xəbər verir ki, Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə ölkəmizdə “Neftçi” və “İnter”də (indiki “Şamaxı”) çıxış etmiş Slavço Georgiyevski “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin VI turunda İsveçdə "Elfsborq”a qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

“İnter”in heyətində 2014-2015-ci illər mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"a qarşı oynamış yarımmüdafiəçi İsveç təmsilçisinin yaxşı komanda olduğunu bildirib:

“Həmin matçı yaxşı xatırlayıram. Mənim vurduğum yeganə qolla qələbə qazanmışdıq. Bu komanda taktiki və fiziki cəhətdən güclüdür, oyun üslubuna görə “Qarabağ”dan seçilir.

Lakin Qurban Qurbanovun komandası texnikalı futbol oynamağı rəqibdən daha yaxşı bacarır. Azərbaycan çempionunun Skandinaviya klublarına qarşı üstünlüyü var.

Bu statistika “Qarabağ”ın qalib gələcəyinə inam yaradır. Hazırda komanda Azərbaycan çempionatında da ideal formada mübarizə aparır”.

“Qarabağ” "Elfsborq"la dekabrın 12-də səfərdə qarşılaşacaq. Şimali Makedoniya millisinin sabiq üzvünün fikrincə, “Qarabağ” topu özündə daha yaxşı saxlaya bilsə və oyuna nəzarəti sonadək qorusa, səfərdən üç xalla qayıda bilər:

“Qarabağ” meydanda bunları çox yaxşı bacaran komandadır. Rəqib standart vəziyyətlər zamanı çox təhlükəlidir.

Heyətində ucaboy oyunçular var. "Elfsborq"un cinah ötürmələri də təhlükəli olur.

Ağdam klubu rəqibdən çəkinməməli, bu amilə diqqət yetirməlidir. Düşünürəm ki, “Qarabağ” bu matçda qalib gələcək”.

Избранный
6
1
sportinfo.az

2Источники