RU

Suriya ordusunda BÖHRAN: Hərbçilər mülki geyimdə paytaxtdan QAÇIR - VİDEO

Son zamanlar Suriya paytaxtı Dəməşqdə gərginlik daha da artıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə Suriya hərbçisi mülki geyimə keçərək paytaxtı tərk edir.

Yayılan son məlumatlara görə, 1000-dən çox Suriya əsgəri Əl-Qaim sərhəd keçid məntəqəsi vasitəsilə İraqa qaçıb.

Qeyd olunub ki, Suriya ordusunun yüksək rütbəli zabitlərinin də daxil olduğu hərbçilərin Dəməşqi tərk etməsi ölkənin təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırıb.

Üstəlik, bu hadisələr Suriya müharibəsinin uzun müddətdir davam etməsi və ordu sıralarındakı əhval-ruhiyyənin düşməsi ilə əlaqələndirilir.

Müxalifət qüvvələrinin irəliləməsi və ordu daxilindəki bəzi qrupların silahlı qarşıdurmaların davam etməsi, bu kəskin addımların səbəblərindən biri ola bilər.

Musavat.com

Избранный
44
50
musavat.com

10Источники