Tovuz rayonunda partlayış zamanı xəsarət alan yaralıların son durumu açıqlanıb.
Referans.az Teleqraf.com-a istinadən xəbər verir ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimi Şahin Sabirovun verdiyi məlumata görə, hadisə zamanı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 32 yaşlı Rüstəmov Rasim Sahib oğlunun vəziyyəti normaldır. Partlayış zamanı xəsarət alan daha bir şəxs - 58 yaşlı Quliyev Ələddin İsrafil oğlu durumu isə daha ağırdır.
"Mərkəzi Xəstəxananın qəbul şöbəsinə müxtəlif medal yanıq xəsarətləri ilə iki nəfər gətirilib. Xəstələr ilkin olaraq müayinə olunub, rentgen, müayinə və ultrasəs müayinəsi edilib. Lazımi tibbi yardım göstərilib. Bir xəstənin vəziyyəti kafidir" - deyə Şahin Sabirov bildirib
Məlumat üçün bildirək ki, bu gün Tovuz rayonunun "Təzə Bazar" adlanan ərazisində partlayış baş verib. Faktla bağlı araşdırma başlanılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта