RU

AFFA "Turan Tovuz" və "Kəpəz"i cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" klublarını cərimələyib.

Fanat.Az-ın məlumatına görə, bölgə təmsilçiləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə ziyana düşüblər.

"Turan Tovuz" evdə "Sabah"a penaltilər seriyasında uduzduqları görüşdə azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (cari mövsümdə ikinci dəfə) ucbatında 500 manat ödəyəcək. Meydan sahibləri tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyi üçün 1500 manat cərimə olunub.

"Kəpəz" isə "İmişli"ni məğlub etdiyi (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 700 manat verəcək.

Избранный
58
14
fanat.az

10Источники