RU

Əsəd təlimat verdi: Dəməşqdə bu binalar təcili boşaldıldı

Suriyada müxaliflərin paytaxt Dəməşqə girməsi ilə Bəşər Əsəd yolun sonuna gəldiyini bildirərək göstərişlərini verib. Onun tapşırığı əsasında paytaxtdakı Baş Qərargah və güc komandanlığı binaları boşaldılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, bu binalarda çox az sayda rejim əsgəri qalıb.

Qeyd edək ki, Suriyada silahlı müxalifətin noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda irəliləyiş davam edir. Bir neçə gün ərzində kritik şəhərləri tutmağı bacaran müxalifət paytaxt Dəməşqə çatıb. Dəməşqə cənubdan silahlı müxalif qruplar daxil olmağa başlayıb.

Избранный
76
50
axar.az

10Источники