RU

“Ermənilər Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər” - Politoloq

“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq”.

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu Suriya prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyana belə söylədiyini xatırladıb.

elxan-5.jpg

Ekspert Əsədin yanaşmasını təəccüblü saymayıb: “Bu, təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar. Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər. Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi”.

E.Şahinoğlu əlavə edib ki, Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı: “Ancaq indi Əsəd elə bir vəziyyətdədir ki, dostları və tərəfdaşları onu yalnız buraxıb. Rusiya və İran dağılmaqda olan rejimi xilas etməyin anlamsız olduğu qənatindədirlər. Ermənilər isə Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər”.

Politoloq vurğulayıb ki, Əsəd rejiminin yıxılması perspektivi Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir:

“Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq”.

Musavat.com

Избранный
20
25
musavat.com

10Источники